"3 günlük ailəvi görüşə 300 manat tələb ediblər" - Rəis Fikrət Qafarov "bazar" açıb

img

11-11-2014 [15:24]


"Bu söhbətdən sonra daha özüm getmədim. Yol uzaq olduğundan qohumlarımı Ariflə görüşə yolladım. Xəstəyəm, 1000 km-lik yolu gedib-gəlmək var”.

Bu barədə məhbusun anası Tükəzban Kazımova məlumat verib. 

Onun sözlərinə görə, Qobustan qapalı həbsxanasında olan oğlu ilə ailəvi görüşə gediblər. Lakin ondan günə 100 manat, 3 günlük ailəvi görüşə 300 manat tələb ediblər. Ona görə də Tükəzban Kazımova görüşdən imtina edib: "Bu söhbətdən sonra daha özüm getmədim. Yol uzaq olduğundan qohumlarımı Ariflə görüşə yolladım. Xəstəyəm, 1000 km-lik yolu gedib-gəlmək var”.

Məhbus anası daha sonra bildirib ki, noyabırın 6-da qohumları Ariflə görüşə gedib. Ancaq rəisn müavini polkovnik-leytenant Aftandil Ağayev heç bir səbəb olmadan görüşə icazə verməyib: "Mənim övladıma həmişə qərəzlə yanaşıblar. Cünki digər dustlaqlardan fərqli olaraq mənim övladım onlara pul verməyib. Aftandil Ağayevə də  pul vermədiyimiz uçun bu oyunu başımıza gətirdi. Aftandil Ağayevdə köhnə rəis Şahin Osmanovun əməllərini davam etdirmək istəyir. Bu Aftandil dediyimiz zabit əvvəllər başqa türmədə rəis olub. O, rəhbərlikdən əvəz çıxmaq uçun dustaqlara belə mübarizə aparır ki, rəhbərliklə dustlaqlar arasında narazılıq olsun. Əslində, o da Şahin Osmanovun əlaltılarındandır. Onun əməllərinə etiraz olaraq oğlum ayın 6-dan aclıq aksiyasına başlayıb. Bununla bağlı nazir Fikrət Məmmədova da müraciət ünvanlayıb. Lakin kimsə onun aclıq etməsi ilə maraqlanmır. Mən yaşlı, xəstə bir qadınam. Bəs kimə deyim dərdimi?" (musavat.com).

Xatırladaq ki, bu həbsxananın rəisi Fikrət Qafarovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA