İŞİD lideri haqda yeni xəbər - yeni fotolar yayıldı

img

11-11-2014 [15:36]


PKK terror qruplaşmasının bir qolu olan PYD və YPG silahlı qruplaşmaları Əbubəkir əl-Bağdadinin ölmüş halda olan yeni şəkillərini paylaşıblar.

ANS PRESS-in məlumatına görə, sosial mediada paylaşılan şəkillərdə İŞİD terror qruplaşmasının liderinin öldüyü göstərilir. Bununla belə, bəzi mənbələr şəkilin saxta olduğunu, ölənin əslində Suriyada öldürülən sıravi İŞİD döyüşçüsü olduğunu bildirirlər.

Xatırladaq ki, bir müddət əvvəl Əbubəkir əl-Bağdadinin yaralanması haqqında xəbərlər yayılmışdı. Ötən gün isə İŞİD terror qruplaşmasına yaxın olan mənbələr onun öldüyünü təsdiqləyərək özlərinə yeni "xəlifə” seçəcəklərini bildirmişdi. Lakin ABŞ Pentaqonunun Mətbuat Xidmətinin nümayəndəsi Stiven Uoren və ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Əbubəkir əl-Bağdadinin ölməsi haqqında heç bir məlumatlarının olmadıqlarını deyiblər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA