Azərbaycanlı iş adamlarını oğurlayan həmyerlimizin videosu yayıldı - VİDEO

img

11-11-2014 [13:44]


Rusiyada azərbaycanlı iş adamlarını oğurlayan, qətllər həyata keçirən reket bandasının dəstə üzvlərinin görüntüləri yayılıb. 

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlılardan ibarət cinayət dəstənin rəhbəri olan kriminal aləmdə "Zayka” kimi tanınan Zaur Əliyev "qanuni oğru” olmadığını və daha əvvəl Azərbaycanda məhkum olduğunu bildirib. 

Xatırladaq ki, bu günlərdə otellərdən birinin bilyard zalında keçirilən əməliyyat zamanı azərbaycanlılardan ibarət bandanın beş nəfər üzvü, o cümlədən cinayətkar qruplaşmanın "Zayka” ləqəbli rəhbəri yaxalanmışdı. 

Yaxalanarkən banda rəhbərinin üzərindən İJ tapançası və patronlar götürülmüşdü.

Rusiya mətbuatı cinayətkar dəstənin azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının liderlərindən birini öldürdüklərini, həmçinin "Zayka”nın bandasının R.Lənkəranskiyə rəqib qruplaşmaya daxil olduğunu bildirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA