Bakıda qadınların qəniminə çevrilənlər həbs olundu

img

11-11-2014 [12:31]


Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra oğurluq hadisəsində şübhəli bilinən şəxslər saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən "Qafqazinfo”ya daxil olan əbərdə bildirilir ki, Gülarə Hacıyevanın çantasını, Günel Rüstəmovanın mobil telefonunu, Rəqsanə Quliyevanın , Turanə Qurbanovanın, Pərviz Rzayevin, Günay Xasməmmədovanın pul kisəsini, Məlahət Aslanovanın çantasından, İbadət Kərimovun avtomobilindən, Vüsal Zeynalovun valyuta dəyişmə məntəqəsindən, Sədrəddin Mehdiyevin cibindən, Samir Xəlilovun mağazasından, Şərafət Əhmədovanın avtomobilindən oğurluqda, Elşən Abdullayevə, Qönçə Məmmədovaya , Patimat Həsənovaya , Mülayim Mirzəyevaya, Hafiz Əliyevə, Arzu Ələkbərovaya, İsmayıl Həşimova qarşı soyğunçuluq və Nazim Nəsirova qarşı dələduzluq şübhəli bilinən Rəhman Məmmədov, Muxtar Rəhimov və Samir Yadigarov tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA