ABŞ-ın sabiq dövlət katibi Putini haqlı çıxardı

img

11-11-2014 [10:54]


ABŞ-ın sabiq dövlət katibi, Nobel sülh mükafatçısı Henri Kissincer Ukrayna böhranında Qərbin səhvinin olduğunu etiraf edib. 

Avropa.info xəbər verir ki, o, bu açıqlamanı Şpigel jurnalına verib. 

Kissinncer: "Krım xüsusi haldır. Əgər Qərb ədalətli olmaq istəyirsə, səhv buraxdığını qəbul etməlidir. Krımın birləşdirilməsi dünya hegemonluğuna iddia deyildi. Bunu Hitlerin Çexoslovakiyaya müdaxiləsi ilə müqayisə etmək olmaz”.

Keçmiş diplomatın sözlərinə görə, Putin Soçidəki olimpiadaya on milyardlarla dollar xərcləmişdi. Rusiya özünü Qərb mədəniyyəti üçün açıq, qabaqcıl ölkə kimi göstərmək istəyirdi. Olimpiadadan bir həftə sonra Krıma müdaxilə edib, Ukrayna ilə müharibəyə başlamaq Putinə sərf etmirdi. 

"Bəs nə üçün o, belə etdi? Çünki Avropa və ABŞ hadisənin əhəmiyyətini başa düşmədən Ukrayna ilə iqtisadi əlaqələr haqda danışıqlara başladılar. Sonra bu danışıqlar Kiyevin küçə etirazlarına çevrildi. Üzvlük məsələsi Rusiya ilə dialoqun predmeti olmalı idi. Ukrayna hər zaman Rusiya üçün xüsusi əhəmiyyət kəsb edib və bunu başa düşməmək ölümcül səhv idi”.

Diplomat Rusiya və Qərb arasında başlayacaq "soyuq müharibə” təhlükəsindən də xəbər verib. Bu təhlükəni görməzdən gəlmək olmaz. Çünki nəticələr faciəvi ola bilər. 

Bundan əlavə Kissincer Rusiyaya sanksiyaların tətbiqini tənqid edib. Sanksiyalar dövlətləri məcbur edəcək ki, müdafiə mövqeyində dursunlar və öz iqtisadiyyatlarını bir əldə cəmləşdirsinlər.  O, ayrı-ayrı şəxslərə tətbiq edilən bank hesablarının dondurulmasını da tənqid edib. Bunun nəticəsi yoxdur.

Kissincer: "Vladimir Putin strateji zəifliyini taktik güclə örtməyə çalışır. Buna baxmayaraq, digər siyasi böhranların həlli üçün ABŞ Rusiyaya möhtacdır. Bunlara Suriya və İranın nüvə proqramı daxildir. Bu problemləri həlli daha çox vacibdir, nəinki Kremllə münasibətləri pozmaq”. 

Rusiyanın NATO-da iştirakına gəldikdə, o, bildirib ki, bu heç vaxt baş tuta bilməz. NATO üzvləri arasında bu məsələdə dərin fikir ayrılığı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA