"İŞİD-in taktiki döyüşlərində ən təsirli və güclü qrupu çeçenlərdir"

img

10-11-2014 [12:13]


Uzun illər Suriyada döyüşəndən sonra sərhədi keçərək Türkiyəyə keçən və burada saxlanılan 27 yaşlı suriyalı İŞİD yaraqlısı Abu Almouthanna ABŞ-ın "Fox News" telekanalına müsahibə verib.  
 
ANN.Az xəbər verir ki, 2012-ci ildə Suriya ordusuna əsir düşən İŞİD yaraqlısı orada 10 ay işgəncə gördükdən sonra Azad Suriya Ordusuna qatıldığını deyib. 
 
Bundan sonra "Əl Qaidə"yə bağlı olan "Əl Nüsra" və sonda İŞİD-ə qoşulduğunu deyən Almouthanna buna görə özünü çox xoşbəxt hesab elədiyini bildirib. O: "xristianları, kürdləri və yezidiləri öldürməklə bağlı hər hansı bir problem yoxdur. Amma digər cihatçı döyüşçülərin ailələrinə, qohum-əqrabalarına toxunmaq çox yanlışdır" - deyib. Yaraqlı əlavə edib ki, terror təşkilatında özəlliklə ingilis, fransiz üzvlər "baş kəsməkdə çox həvəslidirlər, tez-tez belə suallarla rəhbərəliyə müraciət edirlər".
 
Abu Almouthanna İŞİD-də hər döyüşçüyə aylıq maaş verildiyini bildirib: "Təşkilata qatıldıqdan sonra mənə aylıq 150 dollar verməyə başladılar. Amma bununla belə çox sərt qaydalara riayət etmək lazımdır. Əgər hər hansı qayda pozularsa, bu ölüm deməkdir".

İŞİD-in taktiki döyüşlərində ən təsirli və güclü qrupun çeçenlər olduğunu deyən əsir Abu Almouthanna liviyalıların isə silahsız savaşdığını vurğulayıb. İŞİD-in hücum taktikası haqqında da məlumat verən Abu Almouthanna bildirib ki, döyüş əsasən kamikadzenin önə çıxması ilə başlayır, daha sonra isə silahlılar hücuma keçir: "Döyüş bitdikdən sonra əsasən məsum qadın və uşaqlar öldürülməyə başlayır".
 
Abu Almouthanna deyib ki, Markadakı sonuncu 5 həftəlik döyüşdən sonra qaçmağa qərar verib və Türkiyə sərhədini keçib. 
 
Verdiyi müsahibənin sonunda özünə bu döyüşlərdə yer tapa bilmədiyini, hazırda İŞİD tərəfindən axtarıldığınıvə haqqında ölüm əmri çıxarıldığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA