ABŞ İŞİD liderini vurdu, Əl Bağdadi haqda yeni xəbər

img

08-11-2014 [22:27]


ABŞ-ın döyüş təyyarələri bu gün İraqın Əl Kərim şəhərində "İŞİD” terror qruplaşmasının liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirib.

Nəticədə qruplaşmanın lideri Əl Bağdadi yaralanıb. Bu barədə yerli AIN informasiya agentliyi məlumat yayıb. 

"Koalisiya təyyarələri Əl Kərim şəhərində (Əl Anbar əyaləti) Əl Bağdadinin də iştirak etdiyi toplantının keçirildiyi binaya zərbə endirib. 

Mənbələrimizin məlumatına görə, Əl Bağdadi yaralanıb və o, təcili Suriyaya yola salınıb”, - deyə, İraq xüsusi xidmət orqanlarının nümayəndəsi agentliyə bildirib. 

Onun sözlərinə görə, zərbələr nəticəsində "İŞİD”-in bir neçə səhra komandiri ölüb. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş edib(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA