10 min manatlıq telefon gəzdirən DYP əməkdaşının "partizanlığı": «Əcəb edirəm…» - FOTO

img

08-11-2014 [21:16]


Şəhərdə dəhşətli dərəcədə tıxacların olduğu bir vaxtda Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinə böyük ehtiyac var. Ancaq Bakı Şəhər DYP-sinin işçisi Həbibov İlkin Hüseyn oğlu bu vəziyyətdən "əla" istifadə edir.

Mia.az xəbər verir ki, sözügedən DYP əməkdaşından sürücülər şikayətlənib. Sosial şəbəkələrdə yayılan məlumata görə, İlkin Həbibov "Azdrama"nın dairəsi deyilən yerində 539 nömrəli xidməti maşınla avtomobilləri pusmala məşğuldur: «Bəli, məhz pusmaqdan. Maraqlıdır ki, şəhərin bu hissəsinin ətrafında kameralar quraşdırılıb. O zaman suaal yaranır, bütün qayda pozuntuları da fiksə olunursa, onda belə «partizanlığa» nə ehtiyac var?

Bu polis işçisi barəsində edilən şikayətlərin sayı - hesabı yoxdur. Ancaq hansısa havadara görə, ona "gözün üstə qaşın var" deyən tapılmır. İlkin Həbibov sağ olsun, bir dənə də olsun bahalı maşın saxlamır. Halbuki kasıb maşınların üstünə qırğı kimi şığıyan İlkinin əsas işi dairəvi hərəkətdə yol üstünlüyünə malik olanlara nəzarət etməkdir. Bu cərimə növü mübahisəli olduğundan sürücülər haqlı olaraq İlkinə etiraz edir. Ancaq o, heç kimi eşitmək belə istəmir. "Mənə Qarabağlı balası deyərlər" kimi fəxredici tonla sürücülərə ürəkləri istədiyi yerə şikayət edə biləcəkləri ilə bağlı ironik atmacalar atır. Bu gün saat 15.50-16.00 arası son seriyası 662 olan bir «Mersedes»in sürücüsü olan cavan oğlan ondan soruşur ki, "niyə mənimlə böyür-böyürə hərəkət edən bahalı avtomobili deyil, məni saxladın?". İlkinin cavabı isə maraqlı oldu "yaxşı edirəm, özüm bilərəm" .

Baş çavuş İlkinin işlətdiyi "Vertu" və İPhone kimi bahalı markalı telefonlarının qiyməti 10 min manat çivarındadır. Maraqlıdır ki, avtoşların at oynatdığı bu ərazidə onların yüksək sürəti, iki təkər üstə maşını qaldırmaları İlkini narahat etmir. Yəqin ki, narahat etmiş olsaydı, o, bəzi məmur avtoş balalarının sevimli polis işçisinə çevrilməzdi…».

Məsələ ilə bağlı qarşı tərəfi və rəsmi qurumların mövqeyini də dərc etməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA