Putini gözləyən real təhlükə - Nemtsov yazdı

img

08-11-2014 [18:07]


"Putinin taleyi Səudiyyə Ərəbistanı ilə ABŞ-ın əlindədir”.
 
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov öz Feysbuk səhifəsində qeyd edib.
 
O, neftin dəyərinin aşağı düşməsi nəticəsində Rusiyanın mənfi fəsadlarla üzləşdiyini bildirib:
 
"Onlar müttəfiqdirlər, lakin neft istehsalında rəqibdirlər. Amerikalıların şist neftinin çıxarılmasını öyrənməsi və onların bazardan uzaqlaşdırılması Səudiyyə Ərəbistanının heç də ürəyincə deyil. Ona görə də neftin qiymətini aşağı saldılar. İran da neftin qiymətini aşağı salacaq. Bu mənada neftin bareli 60 dollar olacağı halda, dolların dəyəri 60 rubldan yüksək olacaq. Belə olduğu halda Rusiya aşağıdakı mənfi nəticələrlə üzləşəcək:
 
1. İnsanların real gəlirləri aşağı düşəcək;
2. İdxal mallarının qiyməti 50% yüksələcək;
3. Kreditlərin verilməsi qeyri-mümkün olacaq;
4. Rubla olan inam anidən aşağı düşəcək;
5. Həyat səviyyəsi enəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA