Əməliyyat: 17 polis saxlanıldı

img

08-11-2014 [14:45]


Türkiyədə "paralel hökumət"ə qarşı növbəti dəfə əməliyyat keçirilib.

ANS PRESS-in məlumatına görə, Kocaeli Təhlükəsizlik Müdirliyi İstanbul, Diyarbakır, Ədirnə, Kocaeli, Sivas, Bitlis, Gümüşhanə və Ardahanı da əhatə edən geniş əməliyyat başladıb.

Hazırki ana qədər aralarında şöbə müdirləri və komandirlərin də olduğu 17 polis saxlanılıb. 

Kocaeli Respublika Baş Prokurorluğunun təlimatıyla başlayan istintaqın davam edəcəyi bildirilib.

İstintaq çərçivəsində yeni həbslərin olacağı da gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA