17 yaşlı gənc dostunu öldürdü

img

06-11-2014 [11:16]


Ötən gün Bakının Sabunçu rayonunda gənclər arasında dava ölümlə nəticələnib.

Mia.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1997-ci il təvəllüdlü Şamo Nizami oğlu Yunisov bədəninin müxtəlif yerlərindən bıçaq xəsarətləri alıb. Yaralı ağır halda xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, yaralını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı gəncin həmyaşıdı Fərəc İltizam oğlu Cabirov tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat nəticəsində həmin şəxs tutulub.

Hadisənin iki gəncin mübahisəsi zamanı baş verdiyi bildirilir. Lakin mübahisənin hansı zəmində baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA