Xarici işlər naziri və 4 müavini istefa verdi

img

05-11-2014 [12:47]


Gürcüstanın xarici işlər naziri Maya Pancikidze keçirdiyi xüsusi brifinqdə istefa verdiyini açıqlayıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, xanım nazirlə yanaşı, onun 4 müavini də istefa verib. Bundan başqa, Pancikidze hakim "Gürcü arzusu” Partiyasından da istefa verdiyini açıqlayıb.

Maya Pancikizde ötən gün baş nazir İrakli Qaribaşvilinin istefaya göndərdiyi müdafiə naziri İrakli Alasaniyanın baldızıdır. Alasaniyanın istefasına səbəb kimi onun son çıxışı zamanı Gürcüstanın Baş Prokurorluğunu ölkənin Avroatlantik məkana inteqrasiyası yolunda maneələr yaratmaqda ittiham etməsi idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA