Ana 6 yaşlı uşağını körpüdən atdı

img

05-11-2014 [00:24]


6 yaşlı uşağın meyiti hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

"MİA”nın məlumatına görə, musavat.com "Reuters”ə istinadən xəbər verir ki, oğlunu körpüdən aşağı tulladığını uşağın anası özü polisə bildirib.

Cullian McCabenin 34 yaşı var. O, axşam saatlarında polisə zəng vuraraq oğlu Londonu körpüdən atdığını deyib.

Meyit hadisə yerindən 1 km. kənarda tapılıb.

Ana oğlunu niyə öldürməsi ilə bağlı heç bir açıqlama verməyib. Ona görə də hadisənin səbəbi hələ ki, bəlli deyil.

Oğlunu atdığı yerdən uzaqlaşmayan ana elə oradaca polis tərəfindən həbs edilib. Hələlik anaya qarşı ehtiyatsızlıq ucbatından adam öldürmə maddəsinin birinci dərəcəsi ilə cinayət işi açılıb. O, 750 min dollar ödəməklə zaminə buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA