Goranboyda 7 nəfərin qatilinin ailəsindəki dəhşətlə bağlı açıqlama - DİN

img

04-11-2014 [15:25]


Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən dəhşətli intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Bu barədə Publika az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  
 
Məlumata görə, hadisə noyabrın 3-də Goranboy rayonunun Səfıkürd kəndində qeydə alınıb. Kənd sakini Afiq Hüseynov yaşadığı evinin həyətində özünü asıb. Hadisə yerinə gəlmiş  atası Müzəffər isə infarktdan ölüb.
 
Faktla bağlı araşdırma aparılır.  
 
Xatırladaq ki, intihar edən Afiq Hüseynovun qardaşı Rafiq Hüseynov bu ilin oktyabrın 1-də bir ailənin 7 üzvünü qətlə yetirib. Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovadır.    
 
Məlum hadisələrdən sonra Rafiq Hüseynovun ailəsi təhlükəsizlik məqsədi ilə rayonun digər kəndinə köçürülüb. Amma  onun qardaşı Afiq Hüseynov gizli şəkildə evlərinə gedərək orada intihar edib. Atası da oğlunun yoxa çıxdığını görüb və onun  evlərində olduğundan şübhələnrək ora gedib.  
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA