İŞİD ən böyük ikinci qaz yatağını ələ keçirib

img

04-11-2014 [11:35]


İŞİD terrorçu qruplaşması Suriyanın ən böyük ikinci qaz yatağını ələ keçirib.

 ANS PRESS-in məlumatına görə, Homsdakı Haccar qaz yatağı və onu işlədən Mahr şirkətinin işçiləri terrorçuların əlinə keçib. 

Bu barədə görüntülər İŞİD- aid internet saytlarında yerləşdirilib. 

Qeyd edək ki, bir necə gün öncə terrorçu qruplaşma üzvləri Homs yaxınlığındakı Əl Şair qaz yatağını da ələ keçirdiyini və bütün bölgəni "Xilafət torpaqları altına saldıqlarını " elan etmişdi. 

İŞİD həm də Əsəd rejiminə aid 9 məntəqədə silahları ələ keçirə bilib. Terroçular yeni bölgələr ələ keçirmək üçün irəlilədiklərini elan ediblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA