Xırdalanda maskalı şəxslər peyda olub

img

04-11-2014 [10:27]


Xırdalanda vətəndaşlara hücum edən maskalı şəxslər peyda olub.

Bu barədə Axar.az-a daxil olan məlumata görə, artıq bir neçə gündür xüsusilə də qadınlara hücum edən maskalı şəxslər onların əllərində olan çantalarını alaraq qaçır.
 
Daha çox axşam saatlarında qarətlə məşğul olan şəxslər xüsusilə bloklarda qadınlara hucum edir, qurbanlarına xəsarət yetirməkdən belə çəkinmirlər. Artıq üç bu cür hadisənin baş verdiyi bildirilir.
 
Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsindən Axar.az-a əvvəlcə faktı təsdiqləsələr də, sonra əlavə məlumat əldə etmək istədikdə polis idarəsinin növbətçi hissəsinin Əliyev soyadlı əməkdaşı belə bir hadisənin baş vermədiyini bildirdi. Əlavə etdi ki, bununla bağlı onlara heç bir məlumat daxil olmayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA