İŞİD-dən daha bir vəhşət

img

04-11-2014 [09:37]


İŞİD terror qruplaşmasının İraqda qətliamları davam edir.

ANS PRESS-in məlumatına görə, terrorçu qruplaşma Ənbar əyalətində daha 36 sünni təriqətindən olan müsəlmanı edam edib. Onların arasında bir neçə azyaşlı da olub. 

İŞİD edamları yerli tayfa üzvlərinin onlara müqaviməti ilə izah edib. 

İraqın İnsan Haqları Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, terror qruplaşması Elbu Nemr aşirətindən 322 nəfəri öldürüb:

"İŞİD Ənbarın qərbində yerləşən Hitdə 322 sünni Elbu Nemr tayfası mənsubunu edam edib". 

Aralarında qadın və uşaqların da olduğu bir quyuya atılmış 50 cəsəd barədə nazirlik heç bir açıqlama verməyib. 

Açıqlamada bildirilir ki, İŞİD sözügedən tayfadan 65 nəfəri əsir kimi qaçırıb. Həmçinin tayfanın mal-qarasını da İŞİD ələ keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA