200-dən çox kürd İŞİD-ə qoşuldu, Bərzani çoşdu

img

03-11-2014 [22:47]


200-dən çox kürd İŞİD terror qruplaşmasına qoşulub.

ANS PRESS-in məlumatına görə, bu barədə Kürdüstan Bölgəsi Təhlükəsizlik Agentliyinin müşaviri Məsrur Bərzani Londonda nəşr olunan "Şark-ul Awsat" qəzetinə açıqlamasında bildirib:

"Əldə edilən məlumatlar göstərir ki, 200 kürd gənci İŞİD-ə qoşulub. Bunlardan bir qismi döyüşlərdə öldürülüb. Bunlar öz vətəninə, xalqına və dinlərinə xəyanət edir. İŞİD-ə qoşulanlar yollarını itirmiş şəxslərdir. Bəzilərini təqib edirik. Ayrıca, gəncləri təşkilatın təhlükələrinə qarşı məlumatlandıraraq, İŞİD-ə qoşulmasını əngəlləyirik".

Peşmərgə güclərinin böyük ruh yüksəlliyi ilə İŞİD-ə qarşı vuruşduğunu deyən Bərzani qeyd edib ki, Türkiyədən İŞİD-lə mübarizə aparmaq üçün daha çox kömək gözləyirlər: 

"Türkiyə ilə əlaqələrimiz çox normaldır. Heç bir problemimiz yoxdur. Kürdüstanın bir qonşusu olaraq Türkiyə, siyasi, iqtisadi və təhlükəsizlik sahəsində daha aktiv olmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA