Təhsil Nazirliyi ilə universitet müəlliməsinin cinayət işi - Saxta tələbə qəbulu

img

03-11-2014 [21:31]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Pedaqoji Universitetinin dələduzluqda təqsirləndirilən müəlliməsi Zemfira Qasımova, Təhsil Nazirliyinin əməkdaşı Rəhilə Abdullayeva və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Və dövlət ittihamçısı ittiham aktını elan edib. Proses noyabrın 7-də davam etdiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətinin həmin cinayət işi ilə bağlı yaydığı məlumata görə, vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirib.

Aparılmış istintaqla 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın Azərbaycan Pedaqoji Universitetinin müəlliməsi Zemfira Qasımova, Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rəhilə Abdullayeva, tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin müxtəlif ali təhsil müəssisələrinə qəbul etdirməsi və həmin ali təhsil müəssisələrinin diplomlarının verilməsi barədə yalandan vəd edib saxta diplomlar verməklə, habelə məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı yüngülləşdirmək adı altında vətəndaşlardan ümumilikdə 82 min 400 manat və 15 min ABŞ dolları məbləğində pulu aldatma yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan Şəlalə Hüseynovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma), İsmayıl İsmayılova, Rəhilə Abdullayevaya, Zemfira Qasımovaya 178.3.2-ci, Şövkət Həziyevaya isə 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrində  nəzərdə tutulan ittiham elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA