İŞİD Kobanidən geri çəkilir

img

03-11-2014 [20:52]


Suriyanın şimalında kürdlərin yaşadığı Kobani şəhəri uğrunda döyüşlər İŞİD-in geri çəkilməsi ilə nəticələnməkdədir.

ANS PRESS-in məlumatına görə, Peşmerge və Azad Suriya Ordusu (OSO) birliklərinin PYD-ye dəstək verdiyi döyüşlərdə İŞİD-in nəzarət etdiyi 4 kəndi geri alınıb.

Peşmergelərin səhra topları və katyuşalarla endiyi zərbələrin ardından edilən hücum sonrası Kobaninin qərbində İŞİD geri çəkilməli olub. Bununla belə şiddətli döyüşlərə baxmayaraq şərq və cənub istiqamətlərində kürd yaraqlılar heç bir irəliləməyə nail ola bilməyiblər.

Arbus, Manaza, Albalur və Çıkur kəndlərinin azad olunmasında Azad Suriya Ordusunun üzvləri də iştirak edib.

Məlumatda bildirilir ki, İŞİD-in açdığı atəş nəticəsində Kobanidə bir mülki şəxs həlak olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA