Bakıda polkovnikin şübhəli intiharı - araşdırma gedir

img

03-11-2014 [18:40]


Xətai rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün rayonun Həzi Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsində qeydə alınıb. 

Həmin ünvanda yaşayan, 55 yaşlı Malik Mustafayev özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, M. Mustafayev hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olub, polkovnik rütbəsi daşıyıb. O, bir neçə ay əvvəl işdən çıxarılıb. 

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA