İŞİD döyüşə belə hazırlanır - FOTOLAR

img

03-11-2014 [17:05]


İŞİD terrorçu qruplaşmasının təlimlərindən növbəti görüntülər yayılıb. 

ANS PRESS-in məlumatına görə, terrorçuların təlimləri Mosul şəhərindəki körpülərdən birində keçirilib. 

Terrorçular körpünün altından nəqliyyatın hərəkətinə belə heç bir məhəl qoymayıblar. Onlar körpüdən kəndirlərlə aşağı tullanıb, atış təlimi keçiblər. 

Yoldan keçən maşın və avtobus sürücüləri cihadçıların təlimlərinə heç bir diqqət verməyiblər. 

BMT və Amerika kəşfiyyatının məlumatına görə, hər gün yüzlərlə insan İŞİD-a qoşulmaq üçün İraqa gəlir. 

Qeyd edək ki, İŞİD Kobani yaxınlığındadır. Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri uğrunda qızğın döyüşlər səngimək bilmir. 








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA