İŞİD Türkiyə sərhədinə doğru həmlə edir - VİDEO

img

03-11-2014 [16:42]


Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri uğrunda qızğın döyüşlər səngimək bilmir. 

ANS TV-nin məlumatına görə, şəhəri qoruyan kürd döyüşçülər İŞİD-in yeni həmləsinin qarşısını alıb. Qızğın döyüşlərin sərhəd ətrafında getdiyi Türkiyə yenidən Kobani narahatlığını dilə gətirib. Az əvvəl Bezmialəm Vəqf universitetində çıxış edən prezident Ərdoğan hazırda yalnız İŞİD döyüşçülərinin və peşmərgə qüvvələrinin qaldığı Kobani haqqında Amerikanın oyunudur açıqlmasını verib. Çıxışında diqqəti Birləşmiş Ştatların PYD-yə silah yardımına çəkən Ərdoğan bu silahların Türkiyədə sabitliyə təhdid olduğunu vurğulayıb. 

"Kim nə deyir desin hansı yalanı yazır yazsın. Kobaniyə hər cür dəstəyi biz vermişik. 200 min kürdü qəbul edən məhz bu iqtidardır. Biz yediririk, biz içiririk. Onlar üçün 400 milyon dollar xərc etmişik. Əldə etdiyiimiz isə 20 milyon dollardır. Sizin üçün Kobani bu qədər ömnəmlidir? ABŞ bizim sözümüzü dinləmədi, Kobaniyə silah göndərməyə davam etdi” –deyə Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin bölgədə təhlükəsizlik və müstəqillik balansını ciddi bir şəkildə qoruyub saxlamağa çalşıdığını da bəyan edib. Buna baxmayaraq Kobanidə isə İŞİD-çilər yenidən Türkiyənin sərhəddinə yaxınlaşıb. Bu dəfə ekstremistlər Kobani ilə Türkiyə sərhədini birləşdirən yolu bağlamağa çalışıb. 

Belə ki, bu təchizat xəttindən cümə və şənbə günü Kobaniyə yardım üçün İraqdan silah -sursat və döyüşçü yardımı gəlib. Məlumatlarda deyilir ki, Kürd döyüşçülər İŞİD-ın həmin yolu tutmasına imkan verməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA