Arvadı ilə Suriya terrorçularına qoşulmaq istəyən azərbaycanlı tutuldu

img

03-11-2014 [13:42]


Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlətdikdən sonra həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rahim Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, həbs olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA