Bakıda kütləvi dava olub, ölən və yaralananlar var

img

03-11-2014 [11:50]


Bakıda gənclər arasında kütləvi dava olub. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "20 Yanvar” dairəsi yaxınlığında yerləşən "Günəş” kafesində qeydə alınıb.

Bir qrup gənc arasında düşən davada 4 nəfər - Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb.

R. Süleymanov aldığl xəsarətdən dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA