İŞİD qadınları belə satır - VİDEO

img

02-11-2014 [19:33]


İŞİD terrorçu qruplaşmanın qadınları satması ilə bağlı video yayılıb. 


ANS PRESS-in məlumatına görə, CNN İnternationalda yayımlanan videoda görünür ki, İŞİD-çilər İraqda qaçırdığı minlərlə Yezidi qadınını qul kimi satır.

Terrorçuların əlindən xilas olan Yezidi qaınlardan biri CNN İnternational kanalına danışıb.

19 yaşında olan Cenanın sözlərinə görə, İŞİD-çilər onların kəndini ələ keçirdikdən sonra uşaqlı qadınları və yaşlıları bir-birlərindən ayırdılar.

"Mənim kimi gənc olanları isə Mosula 3 mərtəbəli bir evə apardılar. Ora gələnlər bəyəndiyi qızları pul qarşılığında alırdılar. Məni seçənin 70 yaşı var idi. Evinə apardı məni. Başıma silah dayadı. Müsəlman olmasam məni öldürəcəyini dedi. Həmin gecə 11 yaşlı bir qızı da almışdılar. Sonra o, mənə dedi ki, onu zorlayıblar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA