Peşmərgədən İŞİD-ə qarşı raket hücumu

img

02-11-2014 [11:43]


İraqdan gəlmiş kürd peşmərgə gücləri Kobaniyə girdikdən sonra İŞİD mövqelərinə "Katyuşa” mərmiləri ilə atəş açıblar. 

ANS PRESS-in məlumatına görə, İŞİD bu atəşə cavab verməyib. 

İki gün Türkiyənin Urfa vilayətinin Suruç bölgəsində gözlədikdən sonra Kobaniyə girən İraq peşmərgələri şəhərin qərbindəki bir binanı özlərinə qərargah kimi seçiblər. Peşmərgə cəbhədəki səssizliyi axşam saat 17.00 radələrində pozub və İŞİD mövqelərinə altı Katyuşa mərmisi atıb. 

Peşmərgələr İraq Kürdüstanının regional rəhbərliyi tərəfindən Kobanini İŞİD-dən müdafiəsi üçün göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA