Abşeronda atışma - Ölən var

img

01-11-2014 [16:12]


Abşeron rayonunda baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

Abşeron Rayon Polis Şöbəsinin məlumatına görə, hadisə noyabrın 1-ə keçən gecə Hökməli kəndində qeydə alınıb.

Rayon sakini Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib və yaralını idarə etdiyi "VAZ-2121” markalı avtomobildə Klinik Tibbi Mərkəzə aparıb. Həmin şəxs aldığı xəsarətdən orada dünyasını dəyişib.

F.Şükürov könüllü olaraq Abşeron Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "Etro” markalı ov tüfəngini təhvil verib.
Faktla bağlı araşdırma aparılır.(apa)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA