Bakıda bomba həyəcanı

img

01-11-2014 [15:41]


Oktyabrın 31-də saat 11.37 radələrində Bakıda yerləşən "Sazz” internet şirkətinə partlayıcı qoyulması barədə məlumat daxil olub.

MİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şirkətdən DİN-in "102 Zəng Mərkəzi"nə Nəsimi rayonu ərazisində yerləşən Baş Ofisə zəng etmiş naməlum şəxsin "İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə müraciət edilib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA