“Porsche” ilə “aftoş”luq edən sürücüyə 20 gün həbs

img

01-11-2014 [11:05]


Bakıda "Porsche” markalı minik maşını ilə "avtoş”luq edən sürücü saxlanılıb.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayıb.

Məlumatda deyilir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Belə ki, Dövlət Yol Polisi əməkdaşları xidmət apararkən Bakı sakini Nicat Abdullayevin idarə etdiyi "Porsche” markalı maşının avtoxuliqanlıq etməsi faktını qeydə alaraq onu saxlayıblar.

Avtoxuliqanlıq faktı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilib və Xəzər rayon məhkəməsinə göndərilib.

DİN rəsmisi bildirib ki, Xəzər rayon məhkəməsi Nicat Abdullayev barəsində 20 sutka inzibati həbs qərarı çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA