"IŞİD-ə qarşı döyüşə bilərik, amma..."

img

31-10-2014 [19:45]


Azad Suriya Ordusuna (ASO) bağlı Mücahidlər Ordusu komandanı Məhəmməd Bakur, Kobanidə IŞİD-ə qarşı döyüşə biləcəklərini, ancaq bunun indi mümkün olmadığını bildirib. 

Avropa.info-nun məlumatına görə, Bakur Hələbin vəziyyətinin daha çox mühüm və kritik olduğunu deyib.
Son olaraq Hələbin qərbində yerləşən və müxaliflərin yeganə nəqliyyat yoluna hücum edən ordu qüvvələri ilə müxalif qruplar arasında şiddətli qarşıdurmalar davam edir.
 
Bölgədə çətin mübarizə aparan Azad Suriya Ordusunun Kobaniyə IŞİD-ə qarşı döyüşmək üçün əsgər göndərəcəyi iddiası gündəmə gəlib.

Bakur "İŞİD təxminən 9 ay əvvəl bizə qarşı müharibə elan etdi. Əsədin ordusu da Hələbi mühasirəyə almağa həmin vaxt başladı. İŞİD və Əsəd bu 9 aylıq zaman kəsiyində kürək- kürəyə verərək bizə qarşı vuruşdular. Yalnız Hələb bölgəsində 3.200 əsgərimizi şəhid verdik. Bunlar ən yaxşı savaşçılarımız idi. Əsədə qarşı bu itkinin üçdə birini belə verməmişdik”- deyib.
 
Bakur daha sonra bildirib ki, əgər dəstək görsək bu gün IŞİD deyə bir şey olmazdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA