"KVN Bakı"nın keçmiş üzvünün villasından 500 milyonluq heroin çıxdı

img

31-10-2014 [14:55]


KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə-yarım milyard dollarlıq heron ələ keçirilib. 

Bu sensasion məlumatı az əvvəl Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransında açıqlayıb.

Generalın bildirdiyinə görə əməliyyat Moskvanın Domodedovo rayonunda, Kolıçev kəndində keçirilib.

"Kifayət qədər məşhur olan bir şəxsin, Bakının KVN komandasının keçmiş üzvü İldar Nurmimanovun daçasından böyük həcmdə-174 kiloqram təmiz heroin tapılıb. Bütün SSRİ-nin mövcudluğu ərzində heç vax bu həcmdə heroin tapılmamışdı” - Viktor İvanov bildirib.

Onun sözlərinə görə, heron mühafizə budkasında gizlədilmişdi. Ələ keçirilən heroinin qiyməti 500 milyon dollara yaxındır. "Heroin Rusiyaya TIR-larda gətirilib və banan yeşiklərində gizlədilib” general bildirib. Virtualaz.org saytı bu şok xəbərlə bağlı təfərrüatları öyrənməyə çalışır/virtualaz.org/.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA