İqtisad Universitetinin bakalavr və magistrları ilə görüş olub - Dövlət qulluğuna qəbul qaydaları (FOTO)

img

31-10-2014 [11:10]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və İnsan resurslarının idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Kamil Baxşəliyev gənclərin dövlət qulluğuna cəlb edilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistrları ilə görüş keçirib.

Universitetdən Mia.az-a verilən məlumata görə, görüşdə tələbələr komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, dövlət qulluğu sahəsində aparılan islahatlar, qəbulla bağlı tətbiq olunan yeniliklərlə tanış olaraq, qəbul qaydaları, qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırılıblar. Keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarda ADİU-nun tələbə və məzunlarının qəbul və işədüzəlmə prosesində üstünlük təşkil etdikləri bildirilib. Bu il də ADİU-ya 71 dövlət orqanı üzrə 864 vakant yer ayrılıb.

Görüşün sonunda komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR