"Kerri mənə zəng vuraraq Türkiyəni razı salacağını dedi" - Bərzani

img

30-10-2014 [17:32]


İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani İŞİD-ə qarşı döyüşlərdə Türkiyənin əvəzsiz kömək etdiyini etiraf edib.
 
Axar.az xəbər verir ki, Bərzani Türkiyənin köməyi sayəsində bu günə qədər mübarizəni davam etdirdiklərini deyib:
 
"Türkiyənin razılığı və köməyi, bir də ABŞ-ın dəstəyi olmasaydı, peşmərgə qüvvələrinin Kobaniyə getməsi mümkün olmazdı. Hazırda Kobaniyə nə qədər peşmərgə lazımdırsa verməyə hazırıq”.
 
Açıqlamasında İŞİD-in törətdyi qətllərin islamla əlaqəsi olmadığını deyən Bərzani kürdlərin irqçi soyqırımla qarşı-qarşıya qaldığını bildirib: "Kobani üzərində təhlükə yarandığı gündən bölgəyə yardım etməyə çalışırıq. Ancaq Kobaninin coğrafi quruluşu və terrorçu qruplar tərəfindən mühasirəyə alınması bizim əl-qolumuzu bağlayırdı”.

Daha sonra Kobaniyə yardım etmək üçün ABŞ və digər ölkələrlə danışıqlar apardıqlarını deyən Bərzani Kerrinin Türkiyəni razı salmağa çalışdığını açıqlayıb: "Kobaninin təhlükəsizliyi üçün bütün dostlarımızla danışıqlara başladıq. ABŞ Dövlət katibi Con Kerri mənə zəng vuraraq Türkiyəni razı salacağını dedi. Bundan sonra ABŞ və Türkiyə rəhbərliyi ilə dəfələrlə görüşdük. Çünki bu ölkələrin razılığı olmadan peşmərgəni Kobaniyə göndərə bilməzdik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA