İŞİD-ə qarşı yeni qüvvələr göndərildi - FOTO

img

29-10-2014 [18:40]


Suriyanın şimalında İŞİD yaraqlıları ilə Kobani şəhərinin nəzarəti uğrunda həftələrdir döyüşən kürdlərə yardım çatdırılıb. Bu gün Suriya Azadlıq Ordusunun əlliyə qədər döyüşçüsü Türkiyədən Suriyaya keçərək, Kobaniyə daxil olub.

Üç il yarımdır prezident Bəşar Əl-Əsədi devirmək uğrunda döyüşən dəstənin üzvləri indi İŞİD-ə qarşı vuruşacaq.

Bu arada, bu gün Türkiyənin cənub-şərq bölgəsindəki aeroporta düşən İraqın kürd döyüşçüləri Türkiyənin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Suriya sərhədinə aparılıb. Konvoyun köməyi ilə bu gün eləcə də Kobaniyə ağır silahlar göndərilib.

Türkiyə hökuməti keçən həftə İraqın Kürdüstan regionundan 150 nəfərdən ibarət döyüşçünün öz ərazisindən Suriyaya keçməsinə razılıq verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA