Baş Prokurorluqdan 10 milyonluq mənimsəmə ilə bağlı növbəti AÇIQLAMA

img

29-10-2014 [17:11]


Oktyabrın 28-də Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti üzrə bir sıra hüquqi və fiziki şəxslərin adlarınaverilmiş 10 milyon 666 min 600 manat məbləğində kreditin təyinatı üzrə istifadə edilməyərək mənimsənilməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə məlumat verilib.

Araşdırmaların ilkin mərhələsində müəyyən edilib ki, "DəmirBank” ASC İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi çıxış etməsinə baxmayaraq mənimsənildiyi qeyd edilən həmin məbləğ əsas etibarı ilə bankın vəsaitidir. Fondun hesabına verilmiş vəsaitə münasibətdə ciddi qanun pozuntuları aşkar edilib.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, məlumatı Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA