Azərbaycanda kütləvi zəhərlənmə

img

29-10-2014 [15:54]


Ötən gün Tovuz rayonunda qidadan kütləvi zəhətlənmə qeydə alınıb.

Tovuz rayon mərkəzi xəstəxana baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Dünən saat 21 radələrində həmin kəddə yaşayan Xəqani Yusifov, həyat yoldaşı və 5 övladı xəstəxanaya gətirilib. Onların qidadan zəhərləndiyi müəyyənləşib. Bildirdiklərinə görə, pomidor turşusundan zəhərləniblər. Hazırda vəziyyətləri stabildir”, - deyə Sayad Susifov bildirib.

Qeyd edək ki, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti nisbətən daha ağırdır.

Hazırda onların müalicəsi davaç edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA