Bakıda kütləvi dava: 1 ölü, 2 yaralı var

img

29-10-2014 [14:01]


Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib. Bakı şəhər sakinləri Elşad Kərimov, Ömər Cəbrayılzadə və Anar Süleymanov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Xəstəxanada Elşad Kərimov ölüb, Ömər Cəbrayılzadənin və Anar Süleymanovun vəziyyətləri qənaətbəxşdir. Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Göranboy rayon sakini Orxan Abdullayev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA