Bakıda tələbə bacısının başını kəsən qızla bağlı yeni xəbər

img

29-10-2014 [10:11]


Bakıda tələbə bacısının başını kəsən Pərvanə Nuriyevanın istintaqı davam edir. 

Məlumata görə, bacısı Güneli amansızlıqla qətlə yetirən P.Nuriyevanın psixoloji vəziyyəti öyrənilir. Qatil bacının bu cinayəti törətməsinin əsl mahiyyəti üzə çıxmasa da, istintaq müəyyən nəticələr əldə edib. 

Məlumata görə, P.Nuriyevanın psixi durumunun yerində olmadığı təsdiqlənir. Xəbərə görə, əgər istintaq qatilin psixi problemləri olduğu üçün cinayət törətdiyini təsdiqləsə, onu həbs etməyə bilərlər. 

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da onunla görüşündən sonra qatilin psixoloji pozuntuları olduğunu qeyd etmişdi. Həmçinin, Pərvanənin ifadəsində "Yuxuda dedilər ki, vaxtı çatıb, qalx, öldür” deməsi də onun ruhi vəziyyətinin normal olmadığı qənaəti yaradır. 

Bildirək ki, 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını "Allahın tələbi ilə öldürdüyünü” deyib. P.Nuriyeva bildirib ki, gecə saatlarında yuxuda ikən ona vəhy gəlib və "bacını öldür, vaxtı yetişib” deyilib. Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədova açıqlamasında qətlin şəxsi münasibətlər zəminində baş verdiyini bildirib.

P.Nuriyeva barəsində məhkəmənin hökmü ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, istintaq araşdırmaları davam edir. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanıb.

axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA