Rusiyada Azərbaycanlı deputat tutuldu

img

29-10-2014 [10:07]


Rusiya Federasiyası Komi respublikasının azərbaycanlı deputatı Akif Sayadov həbs edilib. 

ANS PRESS-in məlumatına görə, onun həbsini RF-nın respublika üzrə İstintaq İdarəsi təsdiqləyib. 

Komi parlamentindən olan mənbənin məlumatına görə, Sayadov bir sıra iqtisadi cinayətlərdə, ən başlıcası isə beynəlxalq terrorizmin maliyyələşdirilməsində şübhəli bilinir. Ümumrusiya azərbaycanlılar konqresinin Komi bölməsi artıq bu ittihamları absurd adlandırıb. 

63 yaşlı Akif Kərim oğlu Sayadov "Uxtaneftqazqeologiya"nın (UNQQ) baş direktorudur. O, Naxçıvanın Culfa rayonunda doğulub. 1974-cü ildə Azərbaycan dövlət Neft və Kimya institutunu bitirib. Komiyə 1990-cı ilin avqustunda Uxta dövlət neft və qaz kəşfiyyatı üzrə geoloji müəsissənin dəvəti ilə gəlib. Akif Sayadov bu şirkətdə 2006-cı ilə qədər işləyib. Həmin ilin martında "İntaneft" şirkətinin baş direktoru, sonra isə idarəçi direktoru vəzifələrində çalışıb. 2008-ci ilin mayından isə "Geotex menecment" holdinqinin Timano-Peçorski regionunda biznesin işkişafı üzrə direktor işləyib və bir müddətdən sonra UNQQ-ya qayıdıb. 

2011-ci ilin mart ayında İntik vilayətindən deputat seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA