"100 kamikadze hazırlanıb" - İŞİD-dən orduya təhdid

img

27-10-2014 [18:00]


Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı İraq ordusunu təhdid edib.

ANS PRESS-in məlumatına görə, İraq ordusunun Fəllucanı İŞİD-in əindən alacağını açıqlaması terror təşkilatını qıcıqlandırıb. İŞİD Fəllucanı 100 kamikadzenin ilə şəhəri qoruyacağını bildirib. 

İraq ordusunun İŞİD-ə qarşı əməliyyatlarda uğur qazanması terrorçuları qorxuya salıb. Belə ki, Bağdadın 40 km qərbində olan Fəlluca həftələrdir İŞİD mühasirəsindədir. Təhlükəsizlik qüvvələri artıq şəhərə girməyi planlaşdırır.

İŞİD-çilər isə Fəllucadakı sakinlərə anonslar edərək insanları güvən verməyə çalışır. Anonslarda 100 kamikadze hazırlandığını və lazım olsa daha çox könüllünün şəhərə gətiriləcəyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA