“Başkəsən” və ölən bacıların atası ilə bağlı xəbər

img

27-10-2014 [15:52]


Bacısının başını kəsib qətlə yetirməklə Azərbaycanı dəhşətə gətirən Pərvanə və başı kəsilən Günel Nuriyevaların atası Etibar Nuriyevlə bağlı yeni məlumat əldə edilib.

Yerli mətbuatda Şəkidə biznes fəaliyyəti ilə məşğul olan Etibar Nuriyevin Şəki Bələdiyyəsinin üzvü olduğu deyilirdi.

Məlumatl dəqiqləşdirməm üçün Şəki Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən AzVision.az-a bildirildi ki, Etibar Nuriyev bu orqanın keçmiş üzvü olub və hazırda Şəki Bələdiyyəsinin üzvü deyil:

"Etibar Nuriyev Şəki şəhərinin özündəndi. Hazırda öz şəxsi biznesi ilə məşğuldu. Onun Şəki Bələdiyyəsinin üzvü olduğu barədə mətbuatda yazılar gedib. Bunlar dəqiqləşdirilməyib. O, şəxs Şəki Bələdiyyəsinin üzvü deyil”.

Yaxınlarının saytımıza dediyinə görə, qızının doğma bacısı tərəfindən qətlə yetirilməsi E.Nuriyevaya olduqca pis təsir edib.

"Etibar Nuriyev baş verən hadisənin şokundan ayıla bilmir. O hələ də gözlərinə inana bilmir ki, doğma qızı öz bacısını qətlə yetirib. Özünə qapanıb, heç kimlə əlaqə saxlamaq istəmi. Telefonunu söndürüb".

Xatırladaq ki, hadisə bir neçə gün öncə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb. Qətlə yetirilən G. Nuriyeva Bakıda musiqi akadeiyasının ikinci kursunda oxuyub. Aparılan araşdırmalardan sonra onun bacısı tərəfindən amansızlıqla qətlə yetirildiyi aşkar olunub.

Başı kəsilən Günel və baş kəsən Pərvanə Nuriyeva bacılarının atası Etibar Nuriyev 1960-cı ildə Şəkinin Gəncəli məhəlləsində anadan olub. Orta məktəbi bitirib, əsgəri xidmətini başa vurduqdan sonra Şəki Aqrar Sənaye İB-də mühasib kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Ali Menecmen Universitetinin qiyabi şöbəsini bitirməklə yanaşı bir sıra özəl müəssisələrdə baş mühasib, 1990-cı ildən "Şərq" şirniyyatı ASC-də sədr müavini vəzifəsində çalışıb.

O, Şəki Sahibkarlıq Assosiasiyasını üzvüdür. Respublika Sahibkarlar Konfederasiyasının üzvü kimi dünyanın bir çox yerində - o cümlədən Almaniyada, Hollandiyada, İtaliyada, İspaniyada, Fransada, Portuqaliyada, Türkiyədə, İranda, Pakistanda və digər ölkələrdə olub(azvision.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA