Poroşenko “Xalq Cəbhəsi” ilə tərədaşlıq qurur - Açıqlama

img

27-10-2014 [14:33]


Ukrayna prezidenti Petro Poroşenko qərbyönümlü partiyaların parlament seçkisini qazanmasını müsbət qiymətləndirib. Tezliklə yeni höküməti formalaşdırılacağını deyib.

Oktyabrın 26-da axşam saatlarında ölkənin on milli televiziyası ilə çıxış edən prezident bildirib ki, seçicilərin 75 faizindən çoxu "Ukraynanın Avropa yoluna güclü dəstək” verib.

"Exit-poll”arın nəticələrinə görə, prezidentin bloku birinci, baş nazir Arseniy Yatsenyuk-nun rəhbərlik etdiyi "Xalq Cəbhəsi” ikinci yerdə gəlir.

Poroşenko-nun sözlərinə görə, oktyabrn 27-də koalisiya danışıqlara başlayacaq və "Xalq Cəbhəsi” onların əsas tərəfdaşı olacaq.

Prezident konstitusiyada fundamental dəyişikliklər etmək üçün parlamentdə çoxluq təşkil edəcəklərinə ümid etdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA