İŞİD-lə kürdlərin davası qızışdı, terrorçular Türkiyəni də vurdu - VİDEO

img

27-10-2014 [12:48]


İŞİD silahlılarının Kobani şəhər mərkəzini ələ keçirmələrinə dair xəbərlər yayılıb.

ANS TV- nin məlumatına görə, tərəflər arasında baş verən qarşıdurmalar zamanı İŞİD-çilər kürd partiyası PYD-nin baş qərargahını top və digər ağır artilleriyadan atəşə tutublar. Peşmərgə silahlıları isə, şəhərin şərq hissəsindən terrorçu qruplaşmanın mövqelərini hədəfə alıblar. Gün ərzində qarşıdurmalar davam etsə də, anti-İŞİD koalisiyasına məxsus qırıcıların İŞİD-çilərə müdaxiləsi müşahidə olunmayıb.

Kürd döyüşçülər Amerika Birləşmiş Ştatlarına İŞİD mövqelərinin bombalanması üçün çağırış edib. Kürd komandanlığı İŞİD silahlılarının onların nəzarəti altında olan Raqqa şəhərindən tank, ağır artilleriya və silah ehtiyatı əldə etdiyini məruzə edib.

Döyüşlər zamanı İŞİD terror silahlıları tərəfindən atılan raket mərmilərindən biri Türkiyənin Şanlıurfa vilayətinə düşüb. Məlumata görə, mərmi bir qədər əvvəl təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunan mühacir düşərgəsinə tuş gəlib. Hadisə zamanı ölən olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA