Bakıda hündürmərtəbəli binada yanğın - FOTOLAR

img

26-10-2014 [16:42]


Bakıda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hadisə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində baş verib. 

Vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb, digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əriyib. 14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.





 





Mənbə
ANS PRESS
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA