"Təlimat vermişəm, bu alçaqlar etdiklərinin cavabını verəcəklər" - Baş nazir

img

26-10-2014 [11:57]


Türkiyənin Hakkari vilayətinin Yüksəkova kəndində silahlı terror üzvlərinin hücumu olub olub. Burada edilən silahlı basqın zamanı yaralanan 3 əsgər yerləşdirildikləri dövlət xəstəxanada şəhid olub. 

Yüksəkovada alış-veriş üçün mülki geyimlərdə bazara çıxan 3 əsgərə arxadan onlara üzü maskalı terrorçuların silahlı hücumu zamanı şəhid olublar. Hücum edənlərin tutulması üçün əməliyyat başladılıb.

Baş vermiş hadisə ilə bağlı prezident Recep Tayyip Ərdoğan Orgeneral Necdet Özələ teleqraf göndərib. Prezident Ərdoğan teleqramda şəhidlərin ailələrinə öz kədərini ifadə edib, Türk millətinə, Türk Silahlı Qüvvələrinə başsağlığını bildirib.

Üç əgərin şəhid olmasından sonra Baş Nazir Əhməd Davudoğlu da jurnalistlər qarşısına keçərək həm başsağlığı, həm də baş vermiş hadisələrlə bağlı vacib açıqlamalar verib.

"Üç qəhrəman onları izləyən alçaqlar tərəfindən şəhid ediliblər. Bu Türkiyəni qarışıqlığa aparan dairələrin planına açıq bir örnəkdir. Təlimat vermişəm, bu alçaqlar etdiklərinin cavabını verəcəklər. Bütün bunlar açıq şəkildə Kobani hadisələri və bunun davamı olan hadisələrin inkişafını göz önünə gətirdikdə Türkiyəni xaosa, qarışıqlığa aparmaq istəyən daxili və xarici qüvvələr tərəfinin necə planlar qurmasının bariz nümunəsidir”- deyə baş nazir söyləyib(anspress).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA