Azad Suriya Ordusu İŞİD-ə qarşı hərəkətə keçdi – Türklər savaşa girdi – SON DƏQİQƏ

img

23-10-2014 [21:53]


Suriyada Əsəd rejiminə qarşı Türkiyə hökuməti tərəfindən təşkilatlandığı bildirilən 3 ildir silahlı müqavimət göstərən Azad Suriya Ordusu bu dəqiqələrdə önəmli qərar verdi. 

Mia.az Turkiyənin NTV kanalına istinadən xəbər verir ki, Azad Suriya Ordusu bu dəqiqələrdə İŞİD-in Kobanidəki hücumunu dəf etmək üçün 1300 nəfərlik silahlı dəstə göndərmək qərarını açıqlayıb: «5 qrupdan ibarət Azad Suriya Ordusunun rəhbərliyi Hələbdə toplaşıb, bu dəqiqələrdə qərarını açıqladı. 36 saat içində bu ordu birləşməsi Kobaniyə girəcək». 

Miz.az xəbər verir ki, bu qərarın açıqlanması mütxəssislər tərəfindən Türkiyənin bölgədə baş verənlərə biganə qalmaması, daha dəqiqi, proseslərdə aktiv rolu ilə bağlayıblar. Bildirilib ki, ABŞ-ın peşmərgələrin aktiv işttirakını təmin etməklə, Türkiyəni oyundankənar qoymaq siyasətini əngəlləməkdə, bu qərar mühim rol oynayacaq. Başqa sözlə desək, analitiklər 1300 nəfərlik silahlı dəstənin Azad Suriya Ordusundan daha çox, Türkiyənin qərarı kimi izah etməyə başlayıblar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR