Dəhşət: Bakıda tələbə qızın başını bacısı kəsib, qızlar tanınmış biznesmenin övladlarıdır

img

23-10-2014 [10:17]


Başı kəsilən 20 yaşlı tələbə Günel Nuriyevanın qatili məlum olub.

Mi.az-ın xəbərinə görə, "Qafqazinfo"ya daxil olan məlumata görə, Güneli bacısı Pərvanə öldürüb və o artıq saxlanılıb.

Pərvanə yuxuda vergi aldığını bildirib və bu işi yuxuda gördüyü üçün etdiyini qeyd edib.

Xatırladaq ki, hadisə dünənXudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı tələbə Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılmışdı.

***

Anspress-in məlumatına görə, qızların atası Etibar Nuriyev tanınmış biznesmendir.

Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir.

Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA