Jurnalistin döyülməsi ilə bağlı məhkəmə prosesi davam etdirilib

img

22-10-2014 [15:51]


Bu gün Bakı şəhərinin NizamiRayonMəhkəməsində jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə F. İlqaroğlu zərərçəkmiş qismində ifadə verib. Jurnalist, Feyruz Termişinin ona hücum edərək döydüyünü bildirib. F. İlqaroğlu hadisənin jurnalist fəaliyyəti ilə bağlı baş verməsindən şübhələndiyini deyib.

Daha sonra F. İlqaroğlu dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. İclasda çıxış edən F. Termişi isə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və azadlığa buraxılandan sonra F. İlqaroğlu ilə görüşüb söhbət edəcəyini deyib.

Proses noyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, aprelin 25-də F. İlqaroğlu naməlum şəxslər tərəfindən evinin qarşısında döyülüb. Hadisədən sonra cinayət işi başlanılıb və Feyruz Termişi təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Termişi Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA