MMP-də bələdiyyə seçkilərinə hazırlığı davam etdirir

img

22-10-2014 [15:44]




Məlumat verildiyi kimi Muasir Musavat partiyası Bələdiyyə seçkilərinə hazırlığa artıq çoxdan başlayıb.Bununla bağlı xeyli vaxtdır Seçki Qərargahının üzvləri də təlimatlandırılıb.
Bu gün Muasir Musavat partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin və Rayon Təşkilat sədrlərinin, həmçinin Seçki Qərargahında təmsil olunan şəxslərin iştirakı ilə növbəti toplantı keçirilib.
Ənənəvi olaraq toplantıda ilk öncə dünyada və ökədə baş verən hadisələr müzakirə edilib.Daha sonra gündəlikdə duran əsas məsələlər müzakirəyə çıxarılıb.
Ən önəmli məsələ kimi isə toplantıda partiyanın dekabr ayında Azərbaycanda keçiriləcək Bələdiyə seçkisinə hazırlıq və seçki ilə əlaqəli digər məsələlər haqda keçən toplantıda qəbul edilən qərarların icrasına nəzər yetirilib.Rayon Təşkilat sədrləri tərəfindən təqdim edilən namizədlərin siyahısı Seçki Qərargahının nəzarətinə verilib. Hələlik qəti say haqqında məlumat verilməsədə.Seçki Qərargahı çox yaxın zamanda konkret siyahı təqdim edəcəyini bəyan edib .

Qeyd edək ki,MMP İdarə Heyəti Respublikanı əhatə edən dairələrin əksəriyyətinə namizəd irəli sürmək fikrindədir.
Toplantının sonrakı bölümündə Azərbaycanda fəaliyyət güstərən diplomatik korpusların MMP-yə qarşı tutduqları aqressiv mövqe və həmin inistansiyalardan partiyaya verilən cavablar müzakirə olunub. Son aylar bir çox sefirliklerdən görüş istəyən və hər dəfə müxtəlif bəhanələrlə müsbət cavab ala bilməyən MMP Xarici Məsələlər üzrə müvinin müraciəti əsasında müzakirəyə çıxarılan bu məsələ rəhbərlik tərəfindən kəskin tənqid edilib.Dəfələrlə müxtəlif səfirlik nümayəndələri ilə görüş zamanı onların :”Siz bizim planlarımızı pozursunuz "deməsini partiya sədri Hafiz Hacıyev də öz çıxışı zamanı qeyd edib
Hafiz Hacıyevin çıxışından məlum olub ki,həmin səfirliklərdən dəfələrlə ölkənin milli maraqlarına zidd olan təkliflər gəlib ,lakin O,bu təklifləri rədd edib.İndi MMP-dən müxtəlif səfirliklərə edilən görüş təkliflərinin geri çevrilməsinin sırf bununla əlaqəli olduğunu deyən partiya sədri, səfirlərlə görüşmədəndə öz fikirlərini içtimayətə çatdırmağın önun üçün çətin olmadığını deyib.
Hansı səfirliklərdən rədd cavabı alındığı haqda isə yaxın zamanlarda mətbuata açıqlama veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR